23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanlılara qarşı cinayət törədən 297 erməni axtarışa verilib

24.01.2022

 "Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə əlaqədar Hərbi Prokurorluqda istintaq edilən cinayət işi üzrə bu günə kimi 297 şəxs barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırım), 113-cü (işgəncə), 115-ci (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və s. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə qərarları çıxarılaraq axtarışları elan edilib”.

Bu barədə Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında məlumat verib.

"Bundan əlavə, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin ibtidai istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Hazırda Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlərin araşdırılması ilə bağlı yaradılmış birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət hadisələrinin araşdırılması, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli olan şəxslərin müəyyən edilməsi, sübutların toplanılması və təqsirləndirilən şəxs qismində cəlb olunması yönündə işlər davam etdirilir”, - Baş prokuror vurğulayıb.