Cərimələrdən azad edilən şəxslərin SAYI
24.01.2022
Amnistiya Aktının tətbiqi nəticəsində cərimə cəzasından azad edilən şəxslərin sayı açıqlanıb.
DM media xəbər verir ki, Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Ziyadov "Report"un sorğusuna cavab olaraq bildirib ki, 1 022 məhkum cərimə cəzasından azad edilib.
Onun sözlərinə görə, həmin şəxslər 1 milyon 220 min manatdan artıq vəsaiti dövlət büdcəsinə ödəməkdən azad olunublar.