ABŞ diplomatlarını Ukraynadan çıxarır
24.01.2022
ABŞ Dövlət Departamenti Ukraynadakı səfirliyinin əməkdaşlarının yaxınlarına ölkəni tərk etməyi əmr edib.
BBC xəbər verir ki, ikinci dərəcəli səfirlik işçiləri və digər ABŞ vətəndaşları da ölkəni tərk etməyə çağırılıb, lakin səfirliyin açıq qalacağını bildirilib.
Rusiya isə öz növbəsində Ukraynaya qarşı hər hansı hərbi əməliyyat planının olduğunu təkzib edib.
Dövlət Departamenti, həmçinin davam edən gərginlik səbəbindən ABŞ vətəndaşlarını Ukrayna və Rusiyaya səyahət etməkdən çəkinməyə çağırıb.
Qeyd edək ki, NATO-nun hərbi müdafiə alyansının rəhbəri təqribən 100 min rus əsgərinin Ukrayna sərhədinə cəmləşməsindən sonra Avropada yeni qarşıdurma riski ilə bağlı xəbərdarlıq edib.