İran ABŞ münasibətləri gərginləşir
28.08.2018
ABŞ Dövlət katibi Mayk Pompeo deyib ki, ABŞ BMT-nin Beynəlxalq Məhkəməsində İranın Vaşinqtonun sanksiyalarını ləğv etməsinə dair qaldırdığı işlə bağlı özünü qəti şəkildə müdafiə edəcək.
"İranın Beynəlxalq Məhkəmədə qaldırdığı vəsatət ABŞ-ın qanuni addımlar atmaq, öz milli təhlükəsizliyinin müdafiəsi üçün gərəkli olan sanksiyaları yeniləmək haqqına müdaxilə cəhdidir. İran Beynəlxalq Məhkəmədən sui-istifadə etmək niyyətindədir. ABŞ İranla nüvə razılaşmasından sadə bir səbəbə görə çıxdı. Belə ki, bu razılaşma ABŞ xalqının təhlükəsizliyinə İran liderləri tərəfindən yaradılan risklərlə bağlı heç bir zəmanət vermirdi”, - o bildirib.