Həmsədrlər Ermənistana gedəcək
02.02.2018
ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) Ermənistana səfərlərinin vaxtı məlum olub.
Ermənistana fevralın 7-də səfər edəcək vasitəçilər İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparacaqlar.
Fevralın 3-də isə həmsədrlərin Bakıya səfəri olacaq və fevralın 4-də Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcəklər.