Ali təhsil müəssisələrində qeydiyyat başa çatır
28.08.2018
Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (birinci mərhələdən sonra) qeydiyyatı bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər bu gün saat 17.00‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.
Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı isə sentyabrın 3-dək davam edəcək.