İdmançılarımızı 2022-ci ildə hansı turnirlər gözləyir?-SİYAHİ
21.01.2022
Bu il Azərbaycan idmançıları mötəbər beynəlxalq turnirlərdə çıxışlarını davam etdirəcəklər. Düzdür, bu ilin ən mötəbər turniri 21 noyabr - 18 dekabr tarixlərində Qətərin paytaxtı Dohada keçiriləcək futbol üzrə dünya çempionatı sayılır.
Bu turnir istisna olmaqla, digərlərində Azərbaycan idmançıları mübarizə aparacaq. Bəs onlar hansılardır? Azərbaycan idmançılarını bu il hansı mötəbər yarışlar gözləyir?
"DM" bunu araşdırıb. Bu yarışlar içərisində ən çox maraqla gözləniləni Azərbaycandan sonra qardaş ölkə Türkiyədə keçiriləcək İslamiadadır.
10-13 mart. Akrobatika gimnastikası üzrə dünya çempionatı (BAKI, AZƏRBAYCAN)
18-27 mart. 10 metr məsafəyə atıcılıq üzrə Avropa çempionatı (Hamar, Norveç)
28 mart - 3 aprel. Güləş üzrə Avropa çempionatı (Budapeşt, Macarıstan)
25-30 aprel. Badminton üzrə Avropa çempionatı (məkanı bəlli deyil)
29 aprel - 1 may. Cüdo üzrə Avropa çempionatı (Sofiya, Bolqarıstan)
6-21 may. Boks üzrə qadınlar arasında dünya çempionatı (İstanbul, Türkiyə)
13-29 may. Su idman növləri üzrə dünya çempionatı (Fukuoka, Yaponiya)
19-22 may. Taekvondo üzrə Avropa çempionatı (Mançester, Böyük Britaniya)
25-29 may. Karate üzrə Avropa çempionatı (Qaziantep, Türkiyə)
27-29 may. Sambo üzrə Avropa çempionatı (Yekaterinburq, Rusiya)
1-5 iyun. Batut gimnastikası üzrə Avropa çempionatı (Rimini, İtaliya)
15-19 iyun. Bədii gimnastika üzrə Avropa çempionatı (Təl-Əviv, İsrail)
16-18 iyun. Aerobika gimnastikası üzrə dünya çempionatı (Qimaraynş, Portuqaliya)
7-17 iyul. XI Ümumdünya Oyunları (Birminqem, ABŞ)
15-23 iyul. Qılıncoynatma üzrə dünya çempionatı (Qahirə, Misir)
17-30 iyul. VI Avropa Universitet Oyunları (Luç, Polşa)
28 iyul - 8 avqust. XXII Birlik Oyunları (Birminqem, Böyük Britaniya)
9-18 avqust. V İslam Həmrəylik Oyunları (Konya, Türkiyə)
11-20 avqust. Su idman növləri üzrə Avropa çempionatı (Roma, İtaliya)
15-30 avqust. 25, 50 və 300 metr məsafəyə güllə və stend atıcılığı üzrə Avropa çempionatı (Moskva, Rusiya)
21-28 avqust. Badminton üzrə dünya çempionatı (Tokio, Yaponiya)
10-18 sentyabr. Güləş üzrə dünya çempionatı (Belqrad, Serbiya)
27 sentyabr - 10 oktyabr. Stend atıcılığı üzrə dünya çempionatı (Osiyek, Xorvatiya)
2-9 oktyabr. Cüdo üzrə dünya çempionatı (Daşkənd, Özbəkistan)
12-25 oktyabr. Güllə atıcılığı üzrə dünya çempionatı (Qahirə, Misir)
11-13 noyabr. Sambo üzrə dünya çempionatı (Aşqabad, Türkmənistan)
11-20 noyabr. Kikboksinq üzrə Avropa çempionatı (Antalya, Türkiyə)
Həmçinin, mayın əvvəllərində taekvondo üzrə dünya çempionatı Çinin Usi şəhərində keçirilməli olsa da, pandemiya səbəbindən ləğv olunub. Hazırda bu yarışın harada keçirilməsi müəyyənləşməyib. Qılıncoynatma üzrə Avropa çempionatının isə iyunda keçiriləcəyi bilinsə də, təşkilatçı ölkə hələ ki bəlli deyil.