ABŞ səfirliyi Azərbaycan xalqına başsağlığı verib
20.01.2022
"Bu gün biz etirazların zorakılıqla yatırılması zamanı yaşananları kədərlə xatırlayırıq”.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşımında bildirilib.
"1990-cı ildə Bakıda Qara Yanvar hadisələrini, zorakılıqları xatırlayır, yaralananlara və həlak olanlara anırıq. Biz öz əqidələrinə sadiq qalaraq həyatını itirən bütün insanları yad edirik”, - paylaşımda vurğulanıb.