Avropa İttifaqı üçün təhlükə var
28.08.2018
Çexiyanın xarici işlər naziri Yan Qamaçek hesab edir ki, nəzarətsiz miqrasiya Avropa İttifaqı, o cümlədən onun ölkəsi üçün təhlükə törədir. Xarici siyasət idarəsinin rəhbəri bu fikri Praqada səfirlərlə keçirilən görüşdə səsləndirib.
Qamaçek əlavə edib ki, Avropa İttifaqına üzv dövlətlərin xarici siyasəti miqrasiya dalğasının səbəblərinin aradan qaldırılmasına - silahlı münaqişələrin qarşısının alınmasına, iqlim dəyişikliklərinin təsirinin azaldılmasına və Aİ-ni əhatə edən ölkələrin əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilməlidir. Nazir bildirib ki, bu məqsədlərə nail olmaq üçün sərhədlərin mühafizəsi gücləndirilməli və ünvanlı yardımlar göstərilməlidir.