Dünya çempionatının biletləri artıq satışda
19.01.2022
2022-ci ildə Qətərin ev sahibliyi edəcəyi futbol üzrə dünya çempionatının oyun biletləri satışa çıxarılıb.
Bu barədə FİFA-nın rəsmi açıqlamasında bildirilib.
Qeyd olunub ki, biletlərin qiymətləri 70 dollardan satışa çıxarılacaq. Qətər vətəndaşları biletləri 11 dollardan başlayan qiymətlərlə ala biləcək.