Kreml Ərdoğanın vasitəçilik təklifinə münasibət bildirib
19.01.2022
Kreml Ərdoğanın Rusiya və Ukrayna arasında vasitəçiliklə bağlı təklifinə münasibət bildirib
"Biz istənilən ölkənin Ukrayna məsələsini həll etmək istiqamətindəki səylərini alqışlayırıq”.
"Devran Media" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva-Kiyev danışıqlarının Türkiyədə keçirilməsini təklif etmişdi.