ABŞ: Ukraynaya əlavə qüvvələr göndərməyəcəyik!
19.01.2022
Birləşmiş Ştatlar Ukraynaya əlavə qüvvələr göndərmək niyyətində deyil, bu ölkədə ABŞ Milli Qvardiyasının hərbçiləri qalmaqdadır.
Bu barədə Pentaqon sözçüsü Con Kirbi deyib.
"Hazırda əlavə qüvvələrin Ukraynaya göndərilməsi məsələsi müzakirə edilmir. Floridanın Milli Qvardiyası yerlərində qalır və bununla bağlı heç bir dəyişiklik yoxdur", - deyə Kirbi bildirib.