Deputatlar onlayn iclasa toplandı
18.01.2022
"Ali təhsil haqqında” qanun layihəsi üzərində işçi qrupun işi tamamlanıb və sənəd müvafiq qurumlardan rəy alınandan sonra Milli Məclisin 2022-ci il yaz sessiyasında müzakirə ediləcək”.
Bunu parlamentin Elm və təhsil komitəsinin onlayn iclasında komitənin sədri Bəxtiyar Əliyev deyib.
Deputat onu da əlavə edib ki, eyni zamanda "Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsinin hazırlanması və digər bəzi qanun layihələrinin müzakirəsi nəzərdə tutulub.
Qeyd edilib ki, komitə üzvlərinin ölkədaxili və beynəlxalq səviyyəli bir sıra tədbirlərdə iştirakı planlaşdırılır.
İclasda komitənin iş planı yekdilliklə təsdiqlənib.