Röya Azərbaycan gözəli seçildi
18.01.2022
İran əsilli azərbaycanlı Röya Şirzadi Azərbaycanda keçirilən "Miss Global 2021" beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.
Koronavirus pandemiyası ilə əlaqədar layihə qapalı formatda keçirilib.
Müsabiqə iki mərhələdən ibarət olub və Azərbaycandan 18-30 yaş arası doqquz model, eləcə də digər ölkələrdən gözəllər iştirak edib.
Münsiflərin səsverməsinin nəticələrinə görə, birinci yeri Röya Şirzadi tutub.
Şirzadi bu ilin fevralında İndoneziyada keçiriləcək beynəlxalq gözəllik müsabiqəsinə hazırlaşır.
Qeyd edək ki, Röyanın valideynləri azərbaycanlıdır, İranda yaşayırlar.