Ali Məhkəmədə yeni şöbə yaradıldı
18.01.2022
"Ali Məhkəmədə aparılan struktur islahatları çərçivəsində yeni şöbə yaradılıb”.
"Devran Media" xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yeni strukturla bağlı işə yeni əməkdaşlar da cəlb edilib:
"Sözügedən şöbədə işləyən hüquqşünaslar hakimlərə qərarların ilkin variantını təqdim edəcəklər. Bu isə hakimlərə öz vəzifələri ilə məşğul olmağa daha yaxşı imkan yaradacaq. Eyni zamanda hakimlərin fəaliyyətinin səmərəliliyini də dəfələrlə artıracaq”, - deyə Çingiz Əsgərov əlavə edib.