Türkiyədə zəlzələ olub
18.01.2022
Türkiyənin Kayseri şəhərinin Sarıoğlan rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.
"Devran Media" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanların ocağı yerin 23 kilometr dərinliyində yerləşib. Zəlzələ ətraf əyalətlərdə də hiss olunub.
Dağıntı və tələfat olmayıb.