Məhkəmə hakimləri ilə bağlı qanuna dəyişiklik təsdiqləndi
17.01.2022
Prezident məhkəmə hakimləri ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev "Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Dəyişikliklə yüksək hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə dövlət orqanlarında (qurumlarında) iş stajı, habelə hüquq sahəsində elmi və pedaqoji fəaliyyət müddəti onların hakimlik stajına hesablanacaq.