Pandemiyanın günümüzə gətirdiyi yeni reallıqlardan biri də məsafədən işləmək vərdişinin formalaşmasıdır.Əgər insanlar bu günə qədər koronavirus səbəbindən məsafədən işləmək məcburiyyətində qalırdısa, yeni təkliflərə görə Azərbaycanda da distant iş forması qanuniləşdirilə bilər.
Distant iş anlayışının Əmək Məcəlləsinə daxil edilməsi nəzərdə tutulub.
Qərara alınıb ki, Əməl Məcəlləsindən distant işlə bağlı normalar təkmilləşdirilsin.
Mövzu ilə bağlı İTV-yə danışan Azərbaycan-Amerika Ticarət Palatasının komitə rəhbəri Ellada Alışova bildirib ki, artıq bir neçə ildir ki bu barədə işlər gedir. Hal hazırda bir çox şirkətlər distant işə keçid ediblər.
Qanun layihəsində iş vaxtı rejimi, əmək şəraiti, evdə çalışarkən əməyin mühafizəsi qaydalarına riayət edilməsi kimi tələblərin təkmilləşdirilməsi nəzərə alınıb.