Baxımsız qalan uşaqlarla bağlı AÇIQLAMA
17.01.2022
Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə qalan azyaşlılar məişət zorakılığı ilə üzləşdiyi müəyyən edildiyindən onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətləri Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək.
Bu sözləri Agentliyin mətbuat katibi Murad Həşimov deyib.
O qeyd edib ki, onlar məişət zorakılığından zərərçəkənlərlə bağlı xüsusi şöbədə reabilitasiya prosesi keçəcəklər:
"Prosesin davamında uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq onların rifahı üçün aidiyyəti tədbirlər görülməsi barədə qərar qəbul ediləcək".