23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sərt karantin rejimi ola bilərmi?

17.01.2022

"Qayda və tövsiyələrə ciddi şəkildə əməl edilməsə, ölkəmizdə karantin qaydaları daha da sərtləşdirilə, hətta qapanmalara belə gedilə bilər. Bununla bağlı gələcəkdə veriləcək qərarlar vətəndaşların birbaşa məsuliyyətindən asılıdır”.
Bunu "Xəzər Xəbər”ə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, ölkəmizdə də aşkar edilən koronavirusun "Omikron” ştammına dünyanın əksər ölkələrində yoluxanların sayı gündən-günə artır.

Millət vəkili qeyd edib ki, hazırkı vəziyyətdə ölkəmizdə vəziyyət qənaətbəxşdir. Buna səbəb vətəndaşların vaxtında peyvənd olunmaları və pandemiya qaydalarına əməl etmələridir.

O bildirib ki, bütün bunlara baxmayaraq, COVID-19-a yoluxma ilə bağlı açıqlanan rəsmi rəqəmlər onu deməyə əsas verir ki, hazırda bu virusa yoluxanların sayı sağalanların sayını üstələyir. Proses belə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz ola bilər.

İnfeksiyanın yayılmasını şərtləndirən əsas məqam bir çox ölkələrdə vaksinasiya prosesinin zəif olması, xüsusən də üçüncü - buster dozanı vurduranların sayının azlığıdır. Ümumdünya Səhiyyə Təşkilatı yaxın 6-8 həftə ərzində Avropa əhalisinin yarısından çoxunun "Omikron” ştammına yoluxacağını proqnozlaşdırır.

Məlahət İbrahimqızı vurğulayıb ki, yayılan yeni ştammdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan altı ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün vətəndaşlar gücləndirici buster doza ilə peyvəndlənməlidirlər.