Türkiyə və Ermənistan razılaşdı
14.01.2022
Moskvada keçirilən görüşdə Türkiyə və Ermənistan tam normallaşma üçün ilkin şərt olmadan danışıqları davam etdirmək barədə razılığa gəliblər.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bu gün Moskvada Türkiyə və Ermənistan nümayəndə heyətləri arasında ilk görüş baş tutub. 1,5 saat davam edən görüşdə Türkiyə nümayəndə heyətinə Sərdar Kılıç, Ermənistan nümayəndə heyətinə isə Ruben Rubinyan rəhbərlik edib.