Sərhəddə yenidən təxribatlar ola bilər - Şəfiyev
14.01.2022
Qazaxıstan hadisələrindən sonra Ermənistan çalışır ki, geosiyasi vəziyyətdən, sərhəddə olan hadisələrdən nəsə əldə etsin.
"Devran Media" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qüvvələrinin orada yerləşdirilməsi ilə bağlı məsələ çox aşağı səviyyədədir. Ermənistan Müdafiə Nazirliyində bəzi şəxslər var ki, vəziyyəti gərginləşdirmək istəyirlər. İnanmıram ki, bu təxribata Nikol Paşinyan razılıq verib. Ola bilsin ki, biz sərhəddə digər belə təxribatları görə biləcəyik”, - o vurğulayıb