21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qazi adından istifadə etdilər

13.01.2022

Sosial şəbəkələrdə polislərin Bakı şəhəri, Sabunçu rayonunda qazilərə qarşı uyğunsuz hərəkətlər etməsi barədə bəzi iddialar yayılıb.
Sözügedən hadisə zamanı qazi adından istifadə edən həmin şəxslər karantin qaydalarını sərt şəkildə pozub, Nazirlər Kabineti tərəfindən qoyulan tələbləri heçə sayıblar.

Əraziyə polis əməkdaşları yollanıb. Kafenin icarədarları polislərə qaydaları pozmadıqlarını deyib, onlardan biri qazi olduğunu iddia edərək mübahisəyə başlayıb. Baxmayaraq ki, həmin vaxt saat 03:30 olub (Nazirlər Kabinetinin qərarına əsasən ictimai iaşə obyektlərinin saat 00:00-dan sonra fəaliyyət göstərməsi qadağandır).

Sosial şəbəkələrdə yayılan görüntülərdən isə görünür ki, əslində, polis əməkdaşları kafedə işçilərlə adekvat danışır, hətta onların karantin qaydalarını pozmalarına baxmayaraq, təmkinlə polis bölməsinə dəvət edir.

Araşdırmalarımız zamanı məlum olub ki, özünü qazi kimi təqdim edən şəxs Beyləqan rayon sakini 1991-ci il təvəllüdlü Orxan Sərxan oğlu İmanovdur. Həmin şəxs Vətən müharibəsində iştirak etməyib.