Bu ölkələr tez bir zamanda NATO üzvü ola bilər
13.01.2022
İsveç və Finlandiya NATO-nun müdafiə standartlarına uyğundur və müvafiq siyasi qərarları olduqda, onlar tez bir zamanda Alyansa üzv ola bilərlər.
Bunu NATO baş katibi Yens Stoltenberq deyib.
"İsveç və Finlandiya bizim yaxın tərəfdaşlarımızdır, biz birlikdə işləmişik, birgə təlimlər keçiririk. Onlar əksər sahələrdə NATO standartlarına cavab verirlər, yaxşı təşkil olunmuş, yaxşı idarə olunan təhlükəsizlik və müdafiə institutlarına malikdirlər. Yəni onların NATO-ya daxil olması çox tez baş verə bilər. Bunun üçün İsveç və Finlandiyanın, eləcə də NATO-nun otuz müttəfiqinin siyasi qərarı tələb olunur”, - Stoltenberq bildirib.