Marexuanalı içkiyə icazə verildi
27.08.2018
Amerikada marexuanalı pivə üçün milyardlarla dollar investiya qoyulur. "Dövran Media” Rusiya mətbtına istinadən xəbər verir ki, Amerika və Kanadada çətənədən istifadənin leqallaşdırılması ilə əlaqədar spirtli içkilər istehsal edən şirkətlər yeni bazarı mənimsəmək istəyirlər. Amerikanın pivə istehsal edən ən böyük holdinqi Constellation Brands marexuanalı pivə istehsalına investisiya qoymaq istəyir. Holdinq bu məhsulun istehsalı ilə məşğul olan Canopy Growth şirkətinə 4 milyard dollar vermək niyyətindədir. Bildirilir ki, yeni bazarı mənimsəmək arzusu inkişaf etmiş ölkələrdə spirtli içkilərin satışının aşaği düşməsi ilə əlaqədardir. Xəbər verildiyi kimi, Heinekenə məxsus Lagunitas pivə brendi artıq marexuanalı ıçkinin istehsalına başlayıb. Bundan öncə Kanadanın baş naziri Castin Tryuda 17 oktyabrdan Kanadada marexuanadan istifadənin tam leqallaşacağını da bildirib.