Qazaxıstan səfirindən Azərbaycana təşəkkür
12.01.2022
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Almatıdakı hadisələr fonunda göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.
S.Abdıkarimov bunu səfirlikdə keçirilən mətbuat konfransında deyib.
Qazaxıstanda baş verən hadisələrin faciə olduğunu qeyd edən səfir Türk Dövlətləri Təşkilatı XİN rəhbərləri Şurasının videokonfransında ifadə etdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.
O bildirib ki, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev hazırda Nur-Sultan şəhərindədir. N.Nazarbayev ölkədəki vəziyyəti izləyir və ölkə prezidenti Kasım-Jomart Tokayevlə daimi təmasdadır.