Merkel Özillə bağlı: tədbir görmək lazımdır
27.08.2018
Əgər kimsə "bu toplumda mənə yaxşı münasibət göstərmirlər" deyirsə, bunu ciddiyə almaq lazımdır.
Bbu sözləri Almaniya kansleri Angela Merkel Almaniya televiziyasına müsahibəsində deyib.
"İstər Məsud Özil olsun, istərsə də başqası, bu barədə narazılığını ifadə edən varsa, tədbir görmək lazımdır. Bunları oturub müzakirə etmək, problemləri yoluna qoymaq üçün səy göstərmək vacibdir", -deyə Merkel bildirib.
Qeyd edək ki, Almaniya millisinin türk əsilli yarımmüdafiəçisi Məsud Özil irqçi təzyiqlərə görə milli komandadan ayrıldığını açıqlamışdı.