ATƏT Bakı və İrəvana çağırış edib
12.01.2022
ATƏT Bakı və İrəvanı güc tətbiq etməkdən çəkinməyə və dialoqa başlamağa çağırır.
"Devran Media" xəbər verir ki, bunu Polşanın ATƏT-dəki daimi nümayəndəliyinin ikinci katibi Bartoş Kempinski deyib.
"Biz Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izləyirik. Azərbaycan və Ermənistanı güc tətbiq etməkdən çəkinməyə və problemin həlli üçün dialoqa başlamağa çağırırıq. Polşa ATƏT-in fəaliyyətdə olan sədri kimi regionda sülhün və davamlı inkişafın təmin edilməsi istiqamətində səyləri yeniləmək və gücləndirmək üçün tərəfdaşlarla işləmək niyyətindədir”, - Kempinski bildirib.