Minlərlə insan mitinq keçirib
27.08.2018
Moldovanın paytaxtında 15 minə yaxın insan hökumət əleyhinə mitinq keçirib.
Yerli mətbuatın verdiyi məlumata görə, aksiyaçılar hakimiyyətin siyasətinə qarşı şüarlar səsləndiriblər. Etiraz aksiyası Avropayönümlü müxalifət partiyaları tərəfindən təşkil olunub.
Mitinqdə Moldova və Avropa İttifaqının bayraqları dalğalandırılıb. Etiraz aksiyası zamanı hər hansı insident qeydə alınmayıb.