Omikrona yoluxmağa bir salam yetər
11.01.2022
Omikron 10 qat daha yumşaq ola bilər, lakin 100 qat daha yoluxucu variantdır. Omikrona tutulmuş xəstəyə 30 santimetrdən salam versən, yoluxa bilərsən.
"DM" xəbər verir ki, bunu professor Səma Turan bildirib.
Omikron qısa məsafədən ötürülə bilən variantdır. Bu ştamma yoluxma sayında kiçik rəqəmləri görmək mümkün görünmür.
Bu variant güclü yapışqan quruluşa malikdir və hər kəsi xəstələndirə bilməsi asandır. Bizi qoruyan ən vacib şey maska və məsafədir.
Xəstəlik peyvənd olunmuş insanlarda daha yüngül keçə bilir. Həm Omikron sonuncu variant olmasa belə, bədənimizi gələcək variantlara qarşı hazırlayacaq.