03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

50 manatlıq pul nişanımız finalda

11.01.2022

 Azərbaycanın yenilənmiş 50 manatlıq pul nişanı beynəlxalq müsabiqənin finalına çıxıb
ABŞ-ın tanınmış "Beynəlxalq Pul Nişanları Assosiasiyası” (IACA-ABŞ) tərəfindən "2022-ci ilin Ən Mükəmməl Yeni Pul Nişanı” nominasiyası üzrə beynəlxalq müsabiqə keçirilib və bu müsabiqəyə dünya ölkələrinin, o cümlədən Avropa, İngiltərə, Avstraliya, Meksika, İndoneziya, Azərbaycan, Qazaxıstan, Sinqapur, Filippin və digər ölkələrin mərkəzi bankları tərəfindən 2021-ci ildə tədavülə buraxılmış pul nişanları cəlb edilib.

Azərbaycan Mərkəzi Bankından (AMB)  verilən məlumata görə, müsabiqə nəticəsində AMB tərəfindən 2021-ci ilin əvvəlindən yenilənərək tədavülə buraxılmış 50 manatlıq pul nişanı 2022-ci ilin ən mükəmməl banknotu kimi finalçılar sırasına seçilib.

Qeyd edək ki, bundan əvvəl yeni 50 manatlıq pul nişanı 2021-ci ilin noyabr ayında Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyası (IHMA) tərəfindən Böyük Britaniyada təşkil edilmiş beynəlxalq konfransda "ən təhlükəsiz mühafizə sisteminə malik banknot” nominasiyası üzrə qalib seçilib.

Bildiririk ki, "Müstəqil Azərbaycan” mövzusuna həsr olunmuş milli pul nişanları konsepsiyası çərçivəsində təhsil və gələcəyimizin inkişafına hədəflənmiş yenilənmiş 50 manatlıq pul nişanı üzərində inkişaf rəmzi olan – "Pillələr”, təhsilin önəmli kateqoriyaları olan "Təhsil ocağı”, "Şagird”, "Tələbə” təsvirləri, milli xalça naxışları və ornamentlər təsvir edilmiş, ən son texnoloji yenilikləri özündə əks etdirən mühafizə sistemləri ilə təchiz edilib.

Hazırda yenilənmiş 50 manatlıq pul nişanı dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.