Kiprdə güclü zəlzələ baş verib
11.01.2022
Kipr sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Limassol şəhərindən 112 km şimal-qərbdə, yerin 2 km dərinliyində qeydə alınıb.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur.