21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Vətəndaşlıq haqqında qanun dəyişdirildi

01.02.2018

Parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb.
Layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Onun sözlərinə görə, qanunun 14-cü (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul) maddəsinə təklif olunan bənddə bildirilir ki, "2006-cı il yanvarın 1-ə qədər Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir”.
Ümumiyyətlə, layihədə o da bildirilir ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna bu əlavənin təklif edilməsi 2006-cı il yanvarın 1-ə qədər Azərbaycan Respublikasına gələn və burada daimi yaşayan, keçmiş SSRİ pasportlarına malik olan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunması imkanı yaratmaq məqsədi daşıyır.
Layihə sonra səsə qoyularaq qəbul edilib.
DM