Azərbaycanın keçmiş birinci katibi olmuş Abdurrahman Vəzirov vəfat edib.
Devran Media xəbər verir ki, bu barədə onun qohumları məlumat yayıblar.
Qeyd edək ki, Ə.Vəzirov 1988–1990-cı illərdə Azərbaycan SSRİ Kommunist Partiyası MK-nın 13-cü birinci katibi, SSRİ-nin Nepalda (1979–1985) və Pakistanda (1985–1988) fövqəladə və səlahiyyətli səfiri olub.