21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Silahlılarin Qazaxıstandan çıxmağı gözlənilirmi? Putin AÇIQLADI

10.01.2022


 "Qazaxıstandakı vəziyyət hamımıza aiddir. Qazaxıstan öz dövlətçiliyinə qarşı təhdidlə üz-üzə gəlib”.

Bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) videokonfrans formatında keçirilən sammitində bildirib.

"Qazaxıstanda Maydan texnologiyalarından istifadə edilib. Bu ölkəyə hücum təcavüz aktıdır. Buna dərhal reaksiya vermək lazım idi. Biz Qazaxıstanda beynəlxalq terrorçuluğun aqressiyasını müşahidə edirik. Döyüşçülər xüsusi təlimdən keçmişdilər. Biz göstərdik ki, öz evimizdə vəziyyəti dəyişməyə, rəngli inqilablar gerçəkləşdirməyə imkan verməyəcəyik”, – o vurğulayıb.

Putin deyib ki, KTMT qüvvələri Qazaxıstanda nə qədər lazımdırsa, o qədər də qalacaq: "Sözsüz ki, sülhməramlı kontingent Qazaxıstandan çıxarılacaq”.