Qazaxıstanda general intihar edib
10.01.2022
Qazaxıstanda Jambıl vilayətinin polis idarəsinin rəisi general-mayor Janat Suleymenov vəfat edib.
Yerli kütləvi informasiya vasitələri yazır ki, polis rəisi intihar nəticəsində ölüb.
Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi polis rəisinin ölümünü təsdiqləsə də, intihar iddiasına aydınlıq gətirməyib.
Qeyd edək ki, Qazaxıstanda baş verən iğtişaşlara görə Janat Suleymenova qarşı cinayət işi açılmışdı.
Onun hərbi tribunala çıxarılacağı gözlənilirdi.
Mənbə: "Mash” "Telegram” kanalı