Vəzifəsindən azad edildi
26.08.2018
Goranboy Rayon Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Goranboy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlu vəzifəsindən azad olunaraq sərəncama göndərilib. Bu vəzifəyə hələlik təyinat yoxdur.