Xocavənd rayonunda mağara düşərgələri qoruğunun yaradılması müzakirə olunur
07.01.2022
"Xocavənd rayonunda "Azıx-Tağlar mağara düşərgələri” Dövlət Tarix-Arxeoloji Qoruğunun təsis edilməsi məsələsi geniş müzakirə edilib".
Bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bununla bağlı müvafiq sənədlər hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılacaq.