Nazarbayevin qardaşı oğlu göz altına alındı
07.01.2022
Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş Almatıda saxlanılıb.
Bu barədə məlumatı "Orda.kz" nəşri yayıb.
Bildirilir ki, Samat Abiş iki saat əvvəl saxlanılıb.
Qeyd edək ki, yanvarın 5-i Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Samat Abişi ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini vəzifəsindən azad edib. O, 2015-ci ildən sözügedən postda idi.