Tokayev: Hadisələrdə iştirak edən bütün şəxslər ən sərt şəkildə cəzalandırılacaq
07.01.2022
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib.
Prezident ölkədə konstitusion hakimiyyətin tədricən bərpa olunduğunu, situasiyanın nəzarətə götürüldüyünü qeyd edib.
"Bizim ölkəmizdə antiterror əməliyyatı davam edir. Mən hüquq mühafizə orqanlarına və orduya xəbərdarlıqsız atəş açmaq əmri vermişəm.
Qazaxıstan Prezidenti hadisələr zamanı yüzlərlə dinc sakinin, hərbiçinin yaralandığını və öldürüldüyünü əlavə edib.
Tokayev hadisələrdə iştirak edən bütün şəxslərin ən sərt şəkildə cəzalandırılacağını söz verib.