İranda zəlzələ baş verib
26.08.2018
İranın qərbində 6.1 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti zəlzələnin episentrinin Kirmanşah vilayətinin Cavanrud şəhərindən 31 kilometr aralıda yerləşdiyini bildirib.
İraqın "Əl-Sumariyə” kanalı zəlzələnin Bağdad, Kərkük, Süleymaniyə, Diyalə, Dahuk, Ərbil və digər şəhərlərdə də hiss olunduğunu bildirib.
İRNA agentiyi 3 nəfərin öldüyü, 310 nəfərin yaralandığı barədə məlumat verib.
Kirmanşah vilayətinin 8 kəndi elektriksiz qalıb. Vilayətin əksər rayonlarında içməli suyun verilməsində problemlər yaranıb.
Prezident Həsən Ruhani daxili işlər naziri və Kirmanşah vilayətinin qubernatoruna zəng edərək xəsarət alanara dərha yardım göstərilməsi, onlar üçün yardım mərkəzlərinin təşkil edilməsi və regionda vəziyyətin tənzimlənməsi barədə göstəriş verib.