Qazaxıstanda Sərhəd Xidməti Akademiyasının binasina hücum, rəis öldürüldü
07.01.2022
Qazaxıstanda baş verən toqquşmalar zamanı həlak olan güc strukturları əməkdaşlarının sayı 18-ə çatıb.
Eyni zamanda 748 polis və hərbçi yaralı halda xəstəxanalara yerləşdirilib.
Bu gün səhər isə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidməti Akademiyasının rəisi Dalman Dilxanov müəssisənin binasına hücum zamanı öldürülüb.
Bu arada Qazaxıstanda İnternet yenidən kəsilib. Mobil operatorların fəaliyyətində fasilələr yaranıb.