Malazgirt zəfərinin 947-ci ildönümü qeyd olunub
26.08.2018
Türkiyə 1071-ci ildə qazanılan Malazgirt zəfərinin növbəti ildönümünü təntənə ilə qeyd edir.
Bu münasibətlə ölkə ərazisində bayram mərasimləri, eləcə də elmi konfranslar keçirilir. Ən böyük mərasimlər Muş vilayətinin Malazgirt rayonunda yerləşən "Malazgirt meydan müharibəsi tarixi milli parkında” və Bitlisin Ahlat rayonunda təşkil olunub.
Bayramsayağı bəzədilən küçə və meydanlarda böyük türk xalqının rəşadətli həyat yolu şərəflə anılır.
Qeyd edək ki, 1071-ci il avqustun 26-da Sultan Alp Arslanın sərkərdəliyi ilə hərbi birləşmələr Anadolunun Malazgirt bölgəsində Bizans İmperatoru Romen Diyojenin ordusuna qarşı döyüşərək tarixi zəfər qazanıb. Səlcuqların sayca az, lakin cəsur və yenilməz qüvvəsi qarşısında tab gətirməyən Bizans İmperatorluğu süqut edib. Beləliklə də Böyük Səlcuq İmperiyasının daha da qüdrətlənməsi və geniş coğrafiyanı əhatə etməsi üçün tarixi şans əldə olunub.