İğtişaşçılar polis binaları və maşınlarını yandırıblar
06.01.2022
Qazaxıstanın Cambul vilayətinin inzibati mərkəzi Tarazda üç polis binası yandırılıb.
"Tarazda üç polis binası - vilayət departamenti, şəhər baş polis idarəsi və 1 saylı polis bölməsi yandırılıb”, - deyə bildirilir.
Qeyd edilir ki, iğtişaşçılar 50-yə yaxın polis avtomobilini də yandırıblar.
Hazırda şəhərdə vəziyyətin sakit olduğu vurğulanır.
Mənbə: RİA Novosti