Almatıda hüquq-mühafizə orqanı əməkdaşının başı kəsilib
06.01.2022
Qazaxıstanın Almatı şəhərində baş verən qarşıdurmalarda 12 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.
Bu barədə yerli KİV komendaturaya istinadən xəbər verib.
Hüquq-mühafizə orqanı əməkdaşının meyiti başı kəsilmiş halda tapılıb.
"Almatıda qətlə yetirilən asayiş keşikçisi başı kəsilmiş halda tapılıb, bu, dəstələrin terrorçuluğuna sübutdur”, - deyə komendaturadan bildirilib.
Daha 353 nəfər güc strukturları əməkdaşının xəsarət aldığı bildirilir.
Mənbə: RİA Novosti