"Azad İran” "Telegram” kanalı xəbər verir ki, dünən axşam saatlarında isə şəhərin gənc fəalları heykələ od vuraraq onu yandırıblar.
Qeyd edək ki, İran hökuməti müxtəlif şəhərlərdə Qasım Suleymaninin şəkillərini asaraq yaxud heykəllərini ucaldaraq xalqı onların "din" yolunda öldürüldüklərinə inandırmağa çalışsa da, insanlar əslində onun kim olduğunu çox yaxşı bilir.
Əhali artıq çox yaxşı anlayır ki, onlar din pərdəsi altında yüzlərlə oyunlardan çıxıb, minlərlə insanın qətlinə imza atıblar.