Almatıda hərbçilərdən etirazçılara qarşı əməliyyat
06.01.2022
Almatı meriyası qarşısındakı meydanın iğtişaşçılardan təmizlənməsi ilə bağlı əməliyyat görüntüləri yayılıb.
Əraziyə cəlb olunan hərbçilərin sayının 300-ə yaxın olduğu bildirilir. Hərbi yük maşınları ilə meydana gələn hərbçiləri həmçinin zirehli transportyorlar müşayiət edib. Hərbçilər havaya atəş açmaqla meydandakı etirazçıları dağıtmağa başlayıb.