PKK-nın iki təhlükəli üzvü ələ keçirilib
26.08.2018
İraqın şimalından qanunsuz yolla Türkiyəyə keçən iki PKK terrorçusu ölkənin Şırnak-Uludere rayonu ərazisində sağ ələ keçirilib.
Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Ələ keçirilən "Mazlum Goyi” ləqəbli Mazlum Kaçan və "Kahraman” ləqəbli Lezgin Yararın üstündə odlu silah və icazəsiz daşınması qanunla qadağan edilən digər ləvazimatlar olub.
DİN-in yaydığı digər məlumatda isə bildirilir ki, ölkənin Bingöl, Ağrı və Tunceli bölgələrində həyata keçirilmiş antiterror əməliyyatlarında altı PKK terrorçusu zərərsizləşdirilib. Bildirilir ki, məhv edilən terrorçulardan ikisi Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olublar. Onlar "Poyraz Agir” ləqəbli Mehmet Şirin Özen və "Adil Havar” ləqəbli Aykut Özkurdür. Bu əməliyyatlarda Türkiyə Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub, ikisi yaralanıb.