Dmitri Peskov:Qazaxıstan Rusiyadan iğtişaşlara görə kömək istəməyib
05.01.2022
Kremlin mətbuat katibi Dmitri Peskov Qazaxıstanın etiraz aksiyaları ilə bağlı Rusiyadan kömək tələb etməsi məsələsinə münasibət bildirib.
RİA "Novosti”yə istinadən xəbər veririk ki, Kremlin sözçüsü bu barədə ona ünvanlanmış suala mənfi cavab verib.
"Xeyr. Biz əminik ki, qazaxıstanlı dostlarımız öz daxili problemlərini müstəqil şəkildə həll edə bilərlər”, - D. Peskov vurğulayıb.