Yerli gimnastika yarışları bərpa olunur
05.01.2022
Azərbaycan Gimnastika Federasiyası (AGF) ölkədaxili yarışları bərpa etməyi qərara alıb.
"Devran Media" AGF-nin rəsmi saytına istinadən xəbər verir ki, ilin ilk 3 ayı ərzində Milli Gimnastika Arenasında müxtəlif növlər üzrə 4 yarış təşkil olunacaq:
• 29 yanvar - Batut gimnastikası üzrə 6-cı, Tamblinq üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatı
• 24-25 fevral - Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı çempionatı
• 16 mart - Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı
• 25-26 mart - Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatı
Yarışlar Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi əsasında, ölkədə tətbiq edilən mövcud karantin qaydalarına, həmçinin sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçısız keçiriləcək.